• $
  • €
  • ₽
  • ₺
  • £

Saqiyan kəndinin Günəşli adlandırılması təsdiqləndi

Saqiyan kəndinin Günəşli adlandırılması təsdiqləndi
15.12.2020 11:18
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.


Anews.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.


O bildirib ki, Şamaxı rayonu sərhəd təmas xəttindən kənarda yerləşməsinə baxmayaraq inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır.


Komitə sədri Toponimiya komissiyası ilə müvafiq məsləhətləşmələr aparıldıqdan sonra, sakinlərin də istəyinə uyğun olaraq coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb. O qeyd edib ki,Günəşli sözü həm də xoşbəxt, sevinc dolu, fərəhli və işıqlı mənalarını özündə əks etdirir.


Layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.


Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol