Gürcüstanda koronavirus məhdudiyyətləri 6 ay uzadıla bilər

Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.
Anews.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı qanunvericilik təşəbbüsü hazırlanıb.
Parlamentin Səhiyyə komitəsinin sədri Dimitri Xundadze bildirib ki, "İctimai sağlamlıq” haqqında qanuna edilmiş düzəlişlər dövlətə koronavirusun səbəb olduğu ziyanın qarşısını almağa imkan verir: "Ümid edirik ki, gələcəkdə düzəlişlərin qüvvədə qalma müddətinin uzadılmasına ehtiyac olmayacaq. Belə ki, 6 ay müddətində koronavirusa qarşı peyvəndin Gürcüstanda əlçatan olacağı gözlənilir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























