Orta məktəbdə həyəcan

Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbində həyəcanlı anlar yaşanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, istifadə edilməyən sanitar qovşağına baxış zamanı məktəbin balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş 2 ədəd təlim və 1 ədəd döyüş qumbaraları aşkar edilib.Döyüş qumbarası və 1 ədəd qumbara alışdırıcısı təhlükə yaratdığından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.Əməliyyat uğurla başa çatıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib























