• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı bulvarında qadağa

Bakı bulvarında qadağa
13.06.2014 12:30
Dünyanın bir çox ölkələrində insanlar istirahət etmək üçün müəyyən ərazilərdə piknik edə bilsələr də, Azərbaycanın paytaxtı Bakıda buna icazə verilmir. Paytaxtda hətta yaşıllıqda yalnız oturaraq istirahət etmək istəyənlər də polislər tərəfindən ərazidən uzaqlaşdırılırlar.Paytaxtın ən gözəgəlimli ərazilərindən olan Bakı bulvarına nəzarət edən Nazirlər Kabineti yanında Bakı Bulvar İdarəsi bulvardakı yaşıllıq sahələrində insanların "piknik" etməsinə icazənin hansı səbəbdən verilmədiyini açıqlayıb.İdarənin rəsi müavini Nazim Məcidov Trend-ə bildirib ki, bulvarda "piknik" etməyə icazə verilmir. Bunun əsas səbəbi isə yaşıllıqların qorunması ilə bağlıdır: "İqlim şəraiti ilə əlaqədar bizim ərazidə 1 metr yaşıllıq sahəsini salmaq və mühafizə etmək çox çətin olur. Belə yaşıllıqları salmaq çox böyük fiziki əmək hesabına, əziyyətlə başa gəlir. Digər tərəfdən, belə yaşıllıqlara tələbat çoxdur. Ona görə də insanlara həmin ərazilərdə oturmağa və "piknik" etməyə icazə vermirik".Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə Trend-ə bildirib ki, "piknik" sahələrinin yaradılması üçün Bulvar, Şəhidlər xiyabanı ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, boş yer yoxdur.Əvvəllər Bakıda insanların "piknik" edə bilməsi üçün bir neçə yerin olduğunu xatırladan C.Qocayev indi həmin yerlərin hamısının ayrı məqsədlər üçün istifadə edildiyini qeyd edib: "Əvvəllər dəniz sahilləri ilə yanaşı, insanlar aeroporta gedən yollarda, zeytun sovxozlarının ərazilərində özləri üçün süfrələr aça bilirdilər. Ancaq nizamsız məskunlaşma ucbatından həmin yerlər sıradan çıxıb. Həmin yerləri yenidən yaratmaq elə də asan məsələ deyil. Çünki həmin yerlərdəki insanlar köçürülməli və bu yerlərdə yenidən meşəlik salınmalıdır".//Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol