• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək

Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək
17.12.2020 19:48
Ermənistanın təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.

Nazirlər Kabinetindən Anews.az-a verilən məlumata görə, onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb.

222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.

Məlumata görə, 6 143 ailəyə ilkin mərhələdə yardım ediləcək.
Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat  (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.

Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.
Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

Qeyd edilib ki, ilkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol