• $
  • €
  • ₽
  • ₺
  • £

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik edildi

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik edildi
18.12.2020 12:45
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


Anews.az xəbər verir ki, dəyişikliklə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara vəzifə maaşının 6 misli qədər birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.


Sənədə əsasən, xitam vermə ilə bağlı həmin bəndlər aşağıdakılardır:


- yaş həddinə çatdığına görə;


- pensiyaya çıxmaq hüquqi verən xidmət illərinə görə;


- təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə;


- vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə;


- müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə;


Xatırladaq ki, hazırda qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-6-cı bəndləri əsasında xitam verildikdə onlara xidmət illərindən asılı olaraq (10 ilə qədər — aylıq vəzifə maaşının 5 mislində; 10 ildən 15 ilə qədər —aylıq vəzifə maaşının 10 mislində; 15 ildən 20 ilə qədər — aylıq vəzifə maaşının 15 mislində; 20 ildən yuxarı — aylıq vəzifə maaşının 20 mislində) birdəfəlik müavinət verilir.


Bundan başqa, Əsasnamənin 95-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı normativ-hüquqi aktlarla tənzimlənəcək. Hazırda pul mükafatları gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq verilə bilər.


Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol