Paytaxtda inşası başa çatmamış evdən oğurluq edilib
19.12.2020 23:00
Bakıda inşası başa çatmamış evdə oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulan R.Əsgərovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının aparıldıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki inşası başa çatmamış evlərin birindən 1 155 manat dəyərində 2 200 metr elektrik naqili oğurlaması da müəyyən edilib.