• $
  • €
  • ₽
  • ₺
  • £

İşıqlar söndü, koronavirus xəstələri öldü!- ŞİKAYƏT

İşıqlar söndü, koronavirus xəstələri öldü!- ŞİKAYƏT
29.12.2020 22:29
Noyabrın 21- i Balakən Mərkəzi xəstəxanasında 35 yaşlı polis məmuru Zaur Dibirov, koronavirusdan həyatını itirib.

Anews.az-a bu barədə məlumat verən mərhumun atası Şamil Dibirovun sözlərinə görə, oğlu həmin gün xəstəxanada işıqların sönməsi səbəbindən ölüb.

Şamil Dibirov deyir ki, Zaur Dibirov Şəmkirdə 3 gün evdə müalicə aldıqdan sonra noyabrın 18-i Balakən Mərkəzi Xəstəxanasına yerləşdirilib. Noyabrın 21-i gecə 21:00 radələrində qəfil işıqlar keçib. Həmin vaxtdan 4-5 saat əvvəl evdəkilərlə görüntülü danışan Zaurun halı pisləşib. O,  xəstəxanada mama ginekoloq kimi işləyən bacısı Afaq Dibirovaya  zəng edərək halının pis olduğunu, işıqların sönməsi səbəbindən stress və qorxu keçirdiyini deyib.

Afaq Dibirova bu barədə zəng edərək atasına xəbər verib. Şamil Dibirovun söylədiklərinə əsasən, o, əvvəl xəstəxanaya gedib, işıqların sönməsinin canlı şahidi olub, daha sonra xəstəxananın baş həkimi Dilbər Məhəməliyevanın evinə gedib. Baş həkimin ərinin qapıya çıxdığını deyən ata, ev sahibinə xəstəxanadakı vəziyyəti danışıb və kömək istəyib. Baş həkim və əri isə buna məhəl qoymayıb. Həmin gecə Zaur Dibirov qıc olmadan ölüb.

Vəziyyətlə bağlı mərhumun atası noyabrın 30-u Balakən rayon prokurorluğuna şikayət edib. Şikayətdən 10 gün sonra ondan izahat alınsa da, hələlik  cavab gəlməyib. 

Şamil Dibirov qeyd edib ki, xəstəxanada istilik sisteminin gücü çatmadığı üçün gecələr soyuq olur. Xəstələrin yaxınları xəstəxanaya   elektriklə işləyən istilik cihazları göndərirlər. Cihazlar isə qısa qapanma verir, avtomat atır, nəticədə işıqlar sönür. 

Şikayətçinin verdiyi məlumata görə, işıqların sönməsi ilə əlaqədar oktyabr və dekabrda biri vəkil ollmaqla iki nəfərin vəziyyəti ağırlaşıb. Bu barədə həmin xəstəxanada işləyən tibb bacısı onlara məlumat  verib.
 
Samirə Elmarqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol