• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu

Daha 64 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu
25.12.2020 22:00
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Bərdə rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev iştirak ediblər.

Nazir müavini şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, onların sosial ödənişlərlə təmin olunması işlərini, bu ödənişlərin ötən dövrdə dəfələrlə artırıldığını diqqətə çatdırıb. Aktiv məşğulluq tədbirlərində də onlara üstünlük verildiyini qeyd edib.

H.Abdullayev xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi evlərlə təminatı proqramının uğurla davam etdirildiyini və genişləndirildiyini vurğulayıb. Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə artıq 1350-dək mənzil və fərdi evin təqdim edildiyini bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol