Daha 10 azərbaycanlı deportasiya olundu

Almaniya və Belçikadan 10 nəfər azərbaycanlı deport olunub.
Deportasiyaya səbəb həmin şəxslərin miqrasiya qanunvericiliyini pozmasıdır. Belçika və Almaniyadan çıxarılan azərbaycanlılardan 9-u Azərbaycan, biri isə Ukrayna vətəndaşıdır.
Qeyd edək ki, son dövrlər bir sıra sığınacaq almaq istəyən azərbaycanlıların bu statusu ala bilməmələrinə səbəb Avropa miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxır. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən "Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























