Salyanda ata qızını qətlə yetirib, intihar etdi

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Salyan rayonunun Babazənan yaşayış massivində baş verib.
Babazənan sakini, 1968-ci il təvəllüdlü Məzahim Qurbanov ailə münaqişəsi zəminində odlu silahla 25 yaşlı qızı Rəvanə Qurbanovanı qətlə yetirib.
Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır.
www.anews.az
























