• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maraqlı YENİLİK

Azərbaycanda maraqlı YENİLİK
12.06.2014 12:38
Bu gün “Açıq Hökumət: Elektron Məhkəmə İnformasiya sisteminin quruculuğunun İctimai Müzakirəsi” mövzusunda konfrans keçirilib.APA-nın verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının rəhbəri Əli Hüseynli konfransı açıq elan edib. Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov deyib ki, yaxın keçmişdə hakimlər makinada yazırdısa, bu gün məhkəmə sistemində hansı nailiyyətlərin olduğu göz önündədir. Onun sözlərinə görə, elektron məhkəmə sistemi vaxt itkisinin, süründürməçiliyin aradan qaldırılmasına yönəlib: “İnsanlar məhkəmə qərarlarını almaq üçün dəfələrlə məhkəməyə gəlirdi, bəzən məhkəmə qərarları hazır olmurdu. Artıq bunlar arxada qalıb. Görülən işlər nəticəsində məhkəmə işlərə ədalətli baxılması sahəsində problem olmayacaq. İnsanlar səbirli olmalıdır, ilkin dövrdə yeni nailiyyətlərin tətbiqində çətinliklər olacaq. Yasamal Rayon Məhkəməsi elektron məhkəmə sisteminin tətbiqi sahəsində pilot məhkəmədir. İlkin dövrdə bu sistem insanlar üçün çətin gəlsə də, sonra bunun daha asan və əlverişli olduğunun şahidi olacaqlar”.Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) eksperti Ramin Qurbanov deyib ki, CEPEJ 2004-cü ildə yaradılıb. Azərbaycan 2011-ci ildə CEPEJ-in Qiymətləndirmə Komitəsində təmsil olunmağa, Avropa Şurasına üzv ölkələrə tövsiyələrin hazırlanmasında iştirak etməyə başlayıb. Təsadüfi deyil ki, 2011-ci ildə Vyanada ədliyyə nazirlərinin toplantısında üç təqdimatdan birini Azərbaycanın ədliyyə naziri təqdim edib. R.Qurbanov deyib ki, Avropada orta hesabla 100 min nəfərə 20 hakim, Azərbaycanda isə son illər hakimlərin sayının iki dəfəyə qədər artırılmasına baxmayaraq, 100 min nəfərə 7 hakim düşür: “Bir sıra Avropa ölkələrində də 100 min nəfərə düşən hakimlərin sayı 20 hakimdən azdır. Digər tərəfdən, mülki işlər son illər 7 dəfə artıb. Ona görə də son tövsiyələr məhkəmə sistemində İKT-nin tətbiqinə yönəlir. Yəni əsas çıxış yolu məhkəmə sistemində İKT-nin tətbiqidir. Hazırda Estoniya, Portuqaliya, Avstriya və Maltada məhkəmələrdə İKT tam tətbiq olunub. Bu ölkələrdə, sadəcə, elektron statistika tətbiq olunmayıb”.R.Qurbanov hazırda Azərbaycanda 13 məhkəmənin elektron məhkəmə sisteminin qurulması üçün pilot olaraq seçildiyini nəzərə çatdırıb: “Vətəndaş müraciət edərək bütün sənədləri əldə edəcək. Vətəndaşa SMS-lə yekun məhkəmə aktına qədər sənədlər göndəriləcək. Cəmiyyət öz işi tanış olarsa, bu, məhkəmə işinin təşkilinə də müsbət təsir göstərəcək. Eyni zamanda elektron statistika tətbiq olunur. İşlərin bölgüsü elektron qaydada aparılır, hakimin məhkəmə sədrindən də müstəqilliyi təmin olunur”.O nəzərə çatdırıb ki, məhkəmələrdə protokollar elektron qaydada hazırlanacaq, bu da hakimlərin vaxtına qənaət edilməsinə səbəb olacaq: “Bəs nə zaman Azərbaycanda bütün məhkəmə sistemi elektron məhkəmə sisteminə qoşulacaq? Biz hazırda məhkəmələrin bütün binalarının monitorinqini aparacağıq və onların elektron məhkəmə sisteminin tətbiqinə nə dərəcədə hazır olduğu öyrəniləcək. Əsas deyil ki, binalar sökülsün, bu binaların elektron məhkəmə sisteminə uyğunlaşdırılmasına çalışılacaq. Ancaq Gədəbəy və digər rayonlarda qədim, yararsız binalarda yerləşən məhkəmələrdə hansı elektron məhkəmənin tətbiqindən söhbət gedə bilər? Yeni məhkəmə binaları da tikilməlidir. Paralel olaraq məlumat, ehtiyat mərkəzləri də yaradılmalı, hakimlərə təlimlər keçirilməlidir. Bakıda və regionlarda məhkəmələrin bir kompleksdə yerləşdirilməsinə çalışılacaq”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol