• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonlardan Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı

Rayonlardan Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı
29.12.2020 15:36
Karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Anews. az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report" - a verilən məlumat əsasən xəbər verir.

Həyata keçirilən əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəsibov və sərnişini Elşən Vahabov tutulublar.

Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Şamaxı yolundakı karantin postundan qeyri-qanuni yolla keçirərək paytaxta gətirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Bakı-Ələt yolundakı karantin postundan qanunsuz olaraq paytaxt qeydiyyatında olmayan sərnişinləri keçirən daha 4 taksi sürücüsü saxlanılıb. Tədbir zamanı həmin sürücülər – Əhmədağa Fərəcov, Tofiq Həsənov, Rəşadət Hümbətov və Vasif İsmayılov tutularaq Polis İdarəsinə gətiriliblər.

Araşdırma zamanı onların müvafiq olaraq Cəlilabad, Tovuz, Ağdam rayonları və Mingəçevir şəhərindən Bakıda qeydiyyatda olmayan sərnişinlər gətirdikləri və bununla da xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onlar haqqında toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına göndərilib.

"Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol