• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edilib

Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edilib
29.12.2020 16:17
Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.

Anews.az xəbər verir ki, iclasda işğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayım infrastrukturunun bərpası işlərindəki son durum və həmin ərazilərdə televiziya və radio yayımının təşkili məsələsi müzakirə olunub.

"Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssislərinin işğaldan azad olunmuş ərazilərdə teleradio yayımı infrastrukturunun bərpasının hazırki vəziyyəti barədə Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinə məlumatı dinlənilib.

Müzakirələrdən sonra Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Radio Televiziya Yayım Stansiyaları (RTYS) vasitəsilə ölkə üzrə sosial (açıq) paketdə olan televiziya kanallarının və 3 ümumölkə radio kanalının (Azərbaycan Radiosu, İctimai Radio və ASAN Radio) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərarlar qəbul edilib.

İclasda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə digər ümumölkə radio kanallarının da həmin ərazilərdə yayımının təşkili nəzərə alınacaqdır. İclasda həmçinin "Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə də baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura "Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC Televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol