• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən müharibəsində Mübariz İbrahimovun qisasını alan dostu

Vətən müharibəsində Mübariz İbrahimovun qisasını alan dostu
30.12.2020 10:40
Ağdamın Qızıl Kəngərli kəndində "Report" İnformasiya Agentliyinin çəkiliş qrupu hərbçilərlə həmsöhbət olarkən aydın olur ki, onların Vətənlə bağlı arzuları eynidir - qalib ordunun sıralarında xidmət etdikləri üçün qürur duyurlar, Vətənin keşiyində dayanmağı özləri üçün fəxr bilirlər.
Gizir Bayramov Ramil "Reporta" müsahibəsində bildirdi ki, Milli Qəhrəman Mübariz İbrahimovla yaxın dost olublar və hər zaman arzusu olub ki, Mübarizin şəhid olduğu postu düşmənlərdən azad etsin: "8 ildir ki, Vətənə xidmət edirəm. Kəşfiyyatçı kimi xidmətimlə fəxr edirəm, şərəfli peşədir. İlk döyüşlərimiz başladı Talış kəndi istiqamətindən, daha sonra Mübariz postundan. Biz bir gecədə 27 postu düşməndən azad etdik. Rəhmətlik Mübarizlə də mən çox yaxın dost olmuşuq. O postda döyüşmək mənimçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki bu mənim çoxdanki arzum idi. Bizə verilən döyüş tapşırıqlarını layiqincə yetirdik və xalqımıza qələbə sevincini yaşatdıq. Təbii ki şəhidlərimiz oldu, Allah onlara da rəhmət eləsin valideynlərinə və yaxınlarına səbr diləyirəm, qazi qardaşlarımıza da tanrıdan şəfa diləyirəm. Ali baş komandana da öz təşəkkürümü bildirirəm ki, məni döyüşdə fərqlənməyə görə medalı ilə təltif etdi. Xalqımız da sağ olsun ki, bizim arxamızda dağ kimi dayandı".
Əsgər Xəzər Əliyev də Ağdamda xidmət etməsindən fəxr hiss keçirdiyini dedi: "Müharibənin ilk günlərindən xidmətdəyəm. Suqovuşandan Ağdama kimi döyüşlərdə iştirak etmişəm. Kəşfiyyat bölüyündə 5 ildən artıqdır ki, xidmət edirəm. Həmişə ali baş komandanımızın əmrini gözləmişik ki torpaqlarımızı yağı düşmən əlindən azad edək. Nəhayət o gün gəldi çatdı, bütün torpaqlarımızı müzəffər ordumuz tərəfindən azad etdik. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can-sağlığı versin. Biz məhz onların sayəsində bu gün ayaq üstdəyik və vətənimizin keşiyindəyik."
Əsgərlərlə söhbətdə onların təminatı, maddi-texniki təchizatı ilə maraqlandıq, ürəklərində olan arzuları eşitdik, öz yaxınlarına salamlarını çatdırdıq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol