• $
  • €
  • ₽
  • ₺
  • £

“8 saatlıq pusquda bizə onun zarafatları kömək oldu”

“8 saatlıq pusquda bizə onun zarafatları kömək oldu”
30.12.2020 10:59
44 günlük Vətən müharibəsinin bizə tanıtdığı mərd, cəsur oğullardan biri oldu Vüsal Teymurov. Vətəninə olan sonsuz sevgisi, onu canı bahasına qoruma cəsarəti Vüsalı könüllü ön cəbhəyə yazılmağa sövq etmişdi. Qələbə gününü görmək ona qismət olmadı, Şuşanın azadlığı elan olunan gün şəhid oldu. Amma o, qalib Ordunun qalib əsgəri idi, bunu bütün cəbhə yoldaşları kimi o da gözəl bilirdi. 
 
"Qafqazinfo” 29 yaşlı şəhid qəhrəmanın bacısı Könül Teymurova ilə həmsöhbət olub. 
 
K. Teymurova deyir ki, qardaşı nizam-intizamı, tərbiyəsi, böyüklə böyük, kiçiklə kiçik olması ilə hamıda özünə qarşı hörmət qazanmışdı.Təkcə ailədə yox, hər yerdə, o cümlədən, məktəbdə müəllimləri arasında da xətri əziz tutulurdu. Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbi bitirərək yüksək balla Azərbaycan Kooperasiya Universitetinin "Gömrük işinin təşkili” fakültəsinə daxil olmuşdu. Hərbi xidmətini illər öncə başa vurmuşdu, amma torpaqlarımızın işğal altında olmasıyla barışa bilmirdi. Məhz buna görə də, könüllü olaraq səfərbərliyə yazılmışdı:"İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra, oktyabrın 5-i müharibəyə yollandı. Vüsalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasında onun  payının olması idi. Yola düşəndə demişdi ki, nə olursa-olsun, Şuşanın alınmasında iştirak edəcək. Rəbbim arzusunu yerinə yetirdi! Şuşa uğrunda döyüşlərdə, Şuşanın alınmasında sona qədər iştirak etdi və qəhrəmancasına şəhid oldu”.
 
Vüsalın yolu Füzulidən başlayıb Cəbrayıl, Qubadlı, ən sonda isə Şuşa uğrunda gedən döyüşlərdən keçib. Silahdaşları onun haqqında qürur hissi ilə danışırlar: "Döyüş yoldaşları danışırdılar ki, Vüsalın gözündə heç qorxu yox idi. Başlarına güllə yağsa da, zarafatından qalmazdı. Hətta belə vaxtlarda da lətifə danışardı. Bir dəfə 8 saat pusquda qalıblar. Yoldaşları deyir ki, heç bilmədik vaxt necə keçdi, Vüsalın zarafatları ən çətin dəqiqələrimizdə bizə kömək olurdu”. 
 
Bacısının sözlərinə görə, çətinlikdə olana kömək etmək Vüsalın ən dəyərli keyfiyyətlərindən idi. Dəfnindən sonra da ailəyə başsağlığı verməyə gələn qazi yoldaşlarının bir çoxu onları döyüş meydanından Vüsalın çıxardığını deyirmişlər.
O, bir çox hallarda xilas etdiyi döyüş yoldaşlarına həm də ilk tibbi yardım göstərib: "Döyüşdə olanda mənimlə danışırdı. Bir dəfə ad günümdə yığmışdı, səs yazısını da saxlamışam. Onda bir yüksəkliyi azad etmişdilər, çox sevincli idi. Mənə deyirdi ki, "qardaşın dastan yazır”. Sonuncu dəfə danışanda isə Şuşaya qalxırdılar. Halallıq aldı, dedi qayıtsam qəhrəman kimi qayıdacam, qayıtmasam şəhid olacam. Başınızı uca tutarsız”.
 
Bu, Vüsalın sonuncu sözləri idi, dediyi kimi də etdi - qəhrəman şəhid kimi qayıtdı...
Vüsal Teymurov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. O, noyabrın 13-də doğulduğu Badamdar qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. 

www.anews.az



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol