• $
  • €
  • ₽
  • ₺
  • £

100-dək əlilə avtomobil verildi

100-dək əlilə avtomobil verildi
30.12.2020 23:30
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib.
 
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.
 
Nazir müavini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi möhtəşəm Zəfəri ilə əlamətdar olan 2020-ci ildə ölkəmizdə sosial sahədə də mühüm addımlar atılıb. Sosial müdafiə və aktiv məşğulluq proqramları uğurla davam etdirilib və daha da genişləndirilib.A.Kərimov bu gün daha 96 nəfər avtomobillə təmin edildiyini deyib. O, müharibə ilə əlaqədar əlilliyi olanlara və onlara bərabər tutulanlara - hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7150 avtomobil verildiyini diqqətə çatdırıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə və fərdi evlə təminat proqramının da xeyli genişləndirildiyini deyib.
 
Qeyd edib ki, bu kateqoriyalardan olan vətəndaşlar üçün digər sahələrdə də sosial dəstək tədbirləri həyata keçirilir, sosial təminatları gücləndirilir. Eyni zamanda, ölkəmizdə tibbi-sosial reabilitasiya sistemi müasir tələblərə uyğun qurulur, yeni reabilitasiya müəssisələri açılır. Nəticədə əlilliyi olan insanların reabilitasiya xidmətləri ilə təmin olunmaq imkanları, həmçinin bu xidmətlərin keyfiyyəti getdikcə artır.A.Kərimov əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm işlərin aparıldığını deyib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına bir sıra yeni reabilitasiya vasitələrinin əlavə edildiyini, ölkəmizdə artıq yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsi işlərinə başlandığını diqqətə çatdırıb. Bütün bunların Azərbaycanda həssas əhali qruplarına yüksək qayğının göstəricisi olduğunu vurğulayıb.
 
Avtomobillə təmin olunan vətəndaşlar Zəfər fərəhini yaşadıqları bu günlərdə mühüm sosial müdafiə proqramlarının da uğurla davam etdirilməsindən, avtomobil ilə təmin olunmalarından razılıqla bəhs edib, onlara göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol