• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox medal alan generallar...

Ən çox medal alan generallar...
30.12.2020 17:39
Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra torpaqların işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilər - əsgərdən generala kimi mükafatlandırıldı. Lakin onların arasında cəmiyyətdə nüfuzu olan və tanınmış generallar daha geniş müzakirə olundu.
 
Bəs müharibə zəfərindən ən çox medal alan hansı generallar olub?
 
"anews.az” xəbər verir ki, birlik komandiri Mayis Bərxudarov 7 medalla siyahıya liderlik edir.
General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, "Qarabağ” ordeninə də layiq görülüb.
 
İkinci ən çox medal alan general isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevdir. Müharibə gedişatında, oktyabrın 17-də general-leytenant rütbəsi alan Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Onun altıncı mükafatı isə "Vətən Müharibəsi Qəhrəmanı” adı olub.

"Aprel döyüşləri”ndəki qəhrəmanlığı ilə tanınan artilleriya qoşunlarının komandanı Ağamir Sultanov Vətən Müharibəsindən sonra 5 medalla qiymətləndirilib. Dekabrın 7-də Prezidentin sərəncamı ilə general-mayor rütbəsi verilən, "Zəfər” ordenli A.Sultanov həmçinin, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə təltif olunub. O, "Zəfər paradı”nda artilleriya silahları sistemlərinin kolonuna rəhbərlik edib.
 
Polkovnik Balağa Rzayevin oğlu, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Mübariz Rzayev Vətən Müharibəsindən sonra 5 medalla müfakatlandırılıb. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilən 6 generaldan biri olub. Bundan başqa, Cəbrayıl, Zəngilan, Xocəvənd və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Müharibə başlamadan iki ay öncə də "Vətən uğrunda” medalı alıb.1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov "Qarabağ” ordeni ilə yanaşı Suqovuşan, Xocəvənd və Füzulinin azad edilməsinə görə medalları ilə mükafatlandırılıb.
Hikmət Mirzəyevin müavini, noyabrın 20-də general-mayor rütbəsi alan Kənan Seyidov da 4 medala layiq görülüb. K.Seyidov "Vətən Müharibəsi Qərhrəmanı” adı ilə birgə Şuşa, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev "Zəfər” ordeni ilə mükafatlandırılıb. Bundan başqa Ağdam, Qubadlı və Cəbrayılın azad olunmasına görə təltif edilib.

Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi olan general-mayor Anar Kərimov da "Zəfər” ordeni ilə yanaşı Xocəvənd, Füzuli və Cəbrayılın azad olunmasına görə medallarına layiq görülüb.
Dövlət Sərhəd Xidmətinin qalmaqallı general-leytenantı Əfqan Nağıyev Vətən Müharibəsində iştirakına görə 3 medalla mükafatlandırılıb. O, "Qarabağ” ordeni və Zəngilanla Cəbrayılın alınmasına görə medalları ilə təltif edilib. 

Şuşa şəhərinin ilk komendantı, "Zəfər paradı”nda meydanda "Zəfər bayrağı”nı daşıyan general-mayor Zaur Məmmədov da 3 medalla təltif edilib. Dekabrın 7-də general-rütbəsi verilən, Xüsusi Təyinatlı Qüvvələrin komandanlarından biri olan Z.Məmmədov "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Pənahəli xanın nəslindən olan Zaur Məmmədov Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.









www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol