• $
  • €
  • ₽
  • ₺
  • £

“Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, özümüzə 90 qəpiyə satırıq

“Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, özümüzə 90 qəpiyə satırıq
05.01.2021 14:29
Yola saldığımız 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə oktan ədədi 95-dən az olan ("Aİ-92”) 64 min 134,1 ton benzin ixrac edib. 

Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, ixrac olunan benzinin ümumi dəyəri 14 milyon 146,3 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi 1 ton "Aİ-92” markalı benzinin gömrük dəyəri  220,6 dollar (375 manat) olub.

Onu da bildirək ki, ötən ilin ilk 10 ayında daxili bazarda 1 ton "Aİ-92” markalı benzinin topdansatış qiyməti 1052 manat, pərəkanda satış qiyməti 1180 manat olub. 

Açıqlanan məlumatlardan belə görünür ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə satılan "Aİ-92” markalı benzinin 1 litri 28 qəpik, daxili bazarda satılan "Aİ-92” markalı benzinin topdansatış qiyməti 1 litr üçün 80 qəpik, pərəkanda satış qiyməti isə 1 litr üçün 90 qəpik olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol