• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlakla bağlı tariflər 2 dəfə artırıldı

Daşınmaz əmlakla bağlı tariflər 2 dəfə artırıldı
06.01.2021 11:35
Tarif Şurasının benzinin və dizel yanacağının qiymətinin artırılmasıyla bağlı keçirdiyi iclasda həmçinin bir sıra sahələrdə qiymət tənzimlənməsi məsələsinə baxılıb. 


Anews.az xəbər verir ki, iclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflərə baxılması barədə müraciəti müzakirə edilib. Bu xidmətlər üzrə tariflərin 2009-cu ildə təsdiq olunduğu və tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitin keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi üçün avadanlıqların alınmasına, işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə sərf ediləcəyi nəzərə alınaraq, yeni tariflər təsdiq olunub. 


Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin yeni tarifləri ilə bu linkdən tanış ola bilərsiz. 


Bildirilir ki, orta hesabla bütün qiymətlər 2 dəfə artıb. Marja.az saytına istinadla əvvəl və indiki tarifləri müqayisəli şəkildə təqdim edirik:


- Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.


Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:


- sahəsi 100 m2-dək 240 AZN (əvvəl  maksimum 120 AZN)


- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 AZN (əvvəl 490 AZN)


Mənzillər üzrə:


- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)


- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik)


Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):


- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN


- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN  


(Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib)


Həyətyanı və bağ sahələri üzrə


- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)


- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol