• $
  • €
  • ₽
  • ₺
  • £

STM yeni ilin ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirib

STM  yeni ilin ilk tədbirini  Azərbaycan Universiteti ilə birgə keçirib
06.01.2021 14:23
Azərbaycan Universitetində qələbə vebinarları seriyasından son tədbir "Qarabağa Böyük Qayıdış” mövzusuna həsr olunub. Sosial işin təşkili kafedrası tərəfindən təşkil olunan vebinarın qonağı Milli Məclisin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,  Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc olub. Tədbirdə qeyd olunub ki, Azərbaycan indi Qarabağa böyük qayıdış ərəfəsindədir və ölkəmiz  həyata keçiriləcək qayıdış planı ilə Qarabağı dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək əzmindədir. 

Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov dəvəti qəbul edərək tədbirdə iştirak etdiyinə görə millət vəkilinə təşəkkür edib. Yusif Qasımov çıxışında Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbənin miqyası və siyasi-diplomatik, sosial-iqtisadi, geosiyasi nəticələri haqqında danışıb. 
Millət vəkili Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin 2021-ci il üçün ilk tədbirini Azərbaycan Universiteti ilə birgə keçirdiklərini bildirib, şanlı və uca qələbəni Azərbaycan xalqına bəxş edən bütün qüvvələrə ucalıq arzulayıb. Zahid Oruc qeyd edib ki, dünyada mahiyyət etibarı ilə Dağlık Qarabağ münaqişəsi ilə paralellik göstərən dövlətlərarası problemlər olsa da, ölkəmizin işğalçı dövlət üzərindəki qələbəsinin heçbir bənzəri yoxdur. O cümlədən tarixi torpaqlara, ata-baba yurduna qayıdışın da beynəlxalq nümunəsini, prototipini tapmaq mümkün deyil. Bu istiqamətdə mövcud olan yanaşma və təkliflər haqqında məlumat verən millət vəkili Qarabağa qayıdış planının hazırlanması və həyata keçirilməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, döyüş meydanında olduğu kimi, yenidənqurma, abadlıq və bərpa işlərində də  Ali Baş Komandan-ordu-xalq birliyinin qorunmasının əhəmiyyətinə toxunub.
 
Çıxışlardan sonra  tədbir iştirakçılarına Mərkəzin Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə "sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinə münasibəti öyrənmək məqsədilə məcburi köçkünlərlə keçirdiyi sorğunun nəticələri təqdim olunub.  Bildirilib ki, sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib. Sorğunun nəticələrinə görə, 1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 30 ildir dogma torpaqlarını və yaşayış məskənlərini tərk edən vətəndaşlarımızın mütləq əksəriyyəti Azərbaycan ordusu tərəfindən azad olunan kənd və şəhərlərə qayıtmaq əzmində və inamındadır. Digər tərəfdən, ulu yurdumuza  yüksək ideallar və müqəddəs duyğularla qayıdacağını bəyan edənlərin sırasında gənclər xüsusi çəkiyə malikdir. 

Zahid Oruc sonda tədbir iştirakçılarının ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol