• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər hərbçimizin meyitini YANDIRIB

Ermənilər hərbçimizin meyitini YANDIRIB
06.01.2021 18:48
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb. 

 Anews.az xəbər verir ki, Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcək.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəsüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür. 

Baş Prokurorluq Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol