• $
  • €
  • ₽
  • ₺
  • £

DİN nümayəndələri Bakıdakı insidentə görə şəhid ailələri ilə görüşdü

DİN nümayəndələri Bakıdakı insidentə görə şəhid ailələri ilə görüşdü
06.01.2021 19:44
Daxili İşlər Nazirliyinin nümayəndələri dünən Səbail rayonunda toplaşan və həmin zaman polislərlə onlar arasında insident yaşanan şəhid ailələri ilə görüşüblər.

Anews.az-ın verdiyi xəbərə görə, bu gün DİN-in yüksək rütbəli əməkdaşları və müvafiq rayon icra hakimiyyətinin başçısı həmin beş şəhid ailəsi ilə təklikdə görüşərək onların problemləri ilə maraqlanıblar. 

Onlar bildiriblər ki, hazırda heç bir problemləri və narazılıqları yoxdur, dövlət onlara lazım olan bütün köməkliyi və qayğı göstərir.

Həmin ailələlərin nəzərinə çatdırılıb ki, toplaşma zamanı istəmədən kobud ifadə işlədən polis əməkdaşı özü də Ağdam rayonundan məcburi köçkün və şəhid oğludur. Həmin polis əməkdaşının atası da Birinci Qarabağ Müharibəsində şəhid olub. Onun atasının dəfn edildiyi ərazi isə ermənilər tərəfindən işğal edilib və qəbiristanlıq dağıdıldığı üçün hazırda həmin polis əməkdaşının atasının məzarı yoxdur. 

Şəhid ailələri göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, toplaşma zamanı şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn edilməsinə etiraz edib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol