• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə Aprel şəhidlərinə tikilən mənzillər başa çatdı

Mingəçevirdə Aprel şəhidlərinə tikilən mənzillər başa çatdı
07.01.2021 21:12
Ötən ilin iyul ayında Birinci vitse-prezident Mehriban Əliyeva mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıgöstəriş verdi.
Mingəçevirdə dörd Aprel şəhid ailəsindən iki ailə Gəncə şəhərində mənzillə təmin olundu, digər iki ailənin torpaq sahəsi olduğu üçün Mingəçevir şəhərində həmin torpaq sahəsində olan yararsız mənzilləri sökülərək, yeni 3 otaqlı geniş mənzil tikilib istifadəyə verildi.

"Mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında  verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”.

Bu sözləri Yeniavaz.com-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova dedi. Onun sözlərinə görə, bundan əvvəl   yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilmişdi.

Gülnarə Qasımova bildirdi ki, üç övladından ikisinin Aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: "Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu,apreldə də şəhid oldu. Bu günlərdə onun ad gününü yeni mənzilimizdə qeyd etdik. Biz şəhid ailələrinə diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Birinci vitse–prezident Mehriban xanım Əliyevaya, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edirik ki,pandemiyanın tüğyan etdiyi bir vaxtda və ölkəmizdə erməni təcavüzünəqarşı müharibənin qızğın vaxtında da olsa, bizim mənzillərin tikintisi dayanmadı və 3 otaqlı, hər cür şəraitlə təmin olunmuş mənzil bizim ixtiyarımıza verildi.Ailəmiz adından əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol