• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərlə azərbaycanlıların birgəyaşayışı necə mümkündür?

Ermənilərlə azərbaycanlıların birgəyaşayışı necə mümkündür?
08.01.2021 10:58
STM-in həyata keçirdiyi "10 noyabr razılaşmasına ictimai münasibət" sorğusunda əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür.
 

Bəs Qarabağ məsələsində beynəlxalq təcrübə nə deyir?
Müharibə bitdi, indi nə etmək lazımdır? 

 Dağlıq Qarabağ məsələsində hazırda ən böyük problem  özünəinam yaratmaqdır. Aydındır ki, bu vəziyyətdə uğurlu bir sülh quruculuğu prosesi üçün münasibətləri necə bərpa edəcəyimizi tapmaq lazımdır. 

Global Policy Journal iddia edir ki,  bu proses beynəlxalq birliyin təşəbbüslərini dəstəkləməklə təsirli və sürətli ola bilər.
Bunun üçün təklif edilir ki, bütün hallarda hərbi qarşıdurma rədd edilməli, tormozlama siyasətindən imtina edilməli və həm də xallqların yaxınlaşma prosesini stimullaşdırmaq üçün lazımi inam təmin edilə bilər. 

Bu, tədricən Ermənistanla Azərbaycan arasında iqtisadi münasibətləri və sivil təmasları bərpa edəcək. 

Hətta daha öncə praktiki sübut kimi  Cənubi Qafqazda ilk addım 1999-cu ildə Yuqoslaviyaya müdaxilədən sonra AB-nin imzaladığı Cənubi Şərqi Avropa üçün Sabitlik Paktı kimi beynəlxalq dəstəklə nəqliyyat infrastrukturunun (avtomobil yolları, dəmir yolları və hava əlaqələri) yenidən qurulması olacaq. Təcrübədə sərhədlərarası pərakəndə satış nöqtələri fəaliyyətə başlayır.

Əla, bəs yenə də problem qalır axı...

Dağlıq Qarabağda erməni terrorçularının cəmləşməsi, sülhməramlı  rus ordusu tərəfindən görməzdən gəlinməsi, qondarma DQ rejiminin optimallaşdırılması yeni nifrət və savaş səbəbi doğurmaqdadır.

Halbuki, beynəlxalq praktikada mütləq qızıl ortanın tapılması üçün tərəflərdən birinin birdəfəlik məğlub olması lazımdır.
Bu, Fransa - Almaniya, Rusiya - Fransa, ABŞ- Yaponiya münasibətləri kimi deyil ki...

Digər məsələ: 

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması İrəvanla Bakı arasında yaxınlaşmaya da kömək olardı. Türkiyə 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağa aid olmayan  ərazilərin işğalına cavab olaraq Ermənistanla sərhədini bağladı. İndi bu addım bütün regional sərhədlərin açılması üçün təşviq ola bilər, o cümlədən Türkiyədən Ermənistana və Ermənistandan Azərbaycana keçən nəqliyyat marşrutlarının açılması. Son müharibə bitdikdən sonra Türkiyə Ermənistanla sərhədlərini açmağa prinsipcə hazır olduğunu bildirdi.

Əla yanaşmadır, amma bir şərtlə...

Qarşı tərəflə bağlı mesajlardan başlayaraq etno-millətçi və revizionist tarixi iddialar rədd edilməlidir.
1915 -ci il  saxta soyqırımı iddiaları birdəfəlik bitməlidir.
Müəllif burda bizə Triest müqaviləsini misal göstərir.

İtaliya - Sloveniya münasibətlərini - Triestdəki istifadə edilən dövlət dilinin italiyan və sloven dili olmasını misal çəkirlər. Amma əlbəttə, Azərbaycan multikultural ölkədir, ermənicə ibtidai təhsili qadağan etmir, lakin ermənilərin separatçı baxışları buna mane olur.

Digər bir problem: qaçqınların və məcburi köçkünlərin geri qaytarılması. Digər bir qrup problem  isə Dağlıq Qarabağdan çıxan  azərbaycanlılardır. Onların qaytarılması mövcud erməni mühitinin qəbul etməsi  baxımından ən problemli məsələdir.

Bu problemin həlli üçün etnik cəhətdən homogen olan Bosniya və Herseqovina və ya  Şimali İrlandiya böyük bir nümunə kimi göstərilir.
✔İrlandiyada - danışıqlar münaqişə iştirakçıları tərəfindən deyil, Amerika siyasətçilərinin iştirakı ilə London və Dublin tərəfindən başladıldı. Tədricən diplomatik inkişaf üçün ətraflı bir plan hazırlandı uzlaşmağa başladılar. 

Hazırda bu yolun başında olduğumuz üçün özümüzü 1990-cı ildə Berlin divarının hər iki tərəfində onun uçurulmasını gözləyən alman kimi hiss edirik.
Bir fərq var ki, divar bizim tərəfdən yıxılır, onlar tərəfdən isə həmin divarlar boyunca "xəndəklər" inşa edilir.

Əziz Əlibəyli
Sosial Tətqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol