• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ

Bakıda sərnişin daşıyıcılarına XƏBƏRDARLIQ
08.01.2021 11:22
Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.


Anews.az Agenliyə istinadən xəbər verir ki, görüşdə dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən işlər və nəzərdə tutulan məsələlər müzakirə olunub.


BNA-nın İdarə Heyətinin (İH) sədri Vüsal Kərimli xatırladıb ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 %-i yenilənib.


O, dizel yanacağının qiymət artımı ilə bağlı məsələlərə toxunaraq bildirib ki, bununla əlaqədar daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.


Görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.


Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də "BakıKarta” keçid prosesini gecikdirmək məqsədilə süni narazlıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.


İH-nin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.


Görüşdə pandemiya dövründə sərnişindaşımaların təşkilinə dair məsələlər də müzakirə olunub. Bildirilib ki, əhalinin xüsusi ilə həyat əhəmiyyətli sahələrdə çalışanların ictimai nəqliyyat tələbatını qarşılamaq üçün müntəzəm və ekspres xətlər üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunub. Davamlı əks-epidemik tədbirlər sayəsində sürücülər, dispetçerlər və qarajlarda çalışan texniki personal arasında kütləvi yoluxma halları müşahidə olunmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol