• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı
08.01.2021 12:38
yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.


Bu barədə Anews.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərə şəfa dilənmişdir.


Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan şanlı qələbənin milli birliyimizin, haqqın və ədələtin zəfəri olduğunu bildirmişdir.


"Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, bu istiqamətdə "Qarabağ Dirçəliş Fondu”nun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın "Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılmışdır.


Qeyd edilmişdir ki, dövlətimizin əldə etdiyi hərbi-siyasi qələbə 2020-ci ildə dünyada ciddi sosial-iqtisadi sınağa çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər fonunda əldə edilmişdir. Çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində ölkəmizdə pandemiyanın fəsadlarının minimuma endirildiyi, xəstəliyin geniş yayılmasının qarşısı alınmaqla sosial cəhətdən həssas əhali qrupuna davamlı dəstək və iqtisadi dayanıqlığı təmin etmək məqsədilə vaxtında və operativ qərarların verildiyi xüsusi vurğulanmışdır.


Ölkə rəhbərliyinin göstərişi ilə aiddiyyəti qurumların rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasının mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasında, xəstəliyin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımların atılmasında mühüm rol oynadığı bildirilmişdir.


Qeyd edilmişdir ki, pandemiyanın bütün dünyada, o cümlədən Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmışdır. Ötən il Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin tam istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropa məkanına daxil olması ölkəmizin tarixi nailiyyətlərindən biri hesab edilməklə xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəyi diqqətə çatdırılmışdır. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirilmiş, o cümlədən Dünya Bankının "Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsi əldə edilmiş uğurların bariz göstəriciləri olmuşdur.


Baş prokuror diqqətə çatdırmışdır ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuşdur. Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol