• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlər arasında torpaqlarına qayıdıb-qayıtmayacaqları barədə sorğu başlayır - RƏSMİ

Məcburi köçkünlər arasında torpaqlarına qayıdıb-qayıtmayacaqları barədə sorğu başlayır - RƏSMİ
08.01.2021 15:10
"Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Komitəsi həmin vətəndaşların təkcə problemlərinə deyil, əhval-ruhiyyəsinə, arzu və istəklərinə də yaxından bələddir. Məcburi köçkünlərlə daimi ünsiyyət zamanı onların mütləq əksəriyyəti öz doğma el-obasına, ata-baba torpağına qayıtmaq, oradakı maddi-mənəvi irsinə sahib çıxmaq istədiyini bildirir”.

Anews.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının da müxtəlif vaxtlarda məcburi köçkünlər arasında keçirdiyi sorğularda da onların mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmində olduqlarını vurğulayıb: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan qurtarması xalqımıza böyük sevinc bəxş edib. Qəhrəman şəhidlərimizin, qazilərimizin qanı bahasına işğaldan azad edilmiş şəhər və kəndlərimizə qayıtmağı, həmin əraziləri qorumağı və yenidən dirçəltməyi, orada yeni həyata başlamağı, vətənə xidmət göstərməyi arzulayan məcburi köçkünlər Komitəyə həm yazılı, həm də şifahi formada müraciət edirlər. Yazılı müraciətlər müvafiq qaydada qeydiyyata alınır. Hazırda minlərlə belə müraciət var və hər gün də bunların sayı artır.
 
Komitədə məcburi köçkünlərin vahid məlumat bazası mövcuddur. Bu baza Komitənin struktur bölmələrinin məcburi köçkünlər arasında mütəmadi olaraq keçirilən sorğular əsasında və müvafiq dövlət orqanlarının məlumat bazaları ilə inteqrasiya şəraitində formalaşdırılıb. Vahid məlumat bazası məcburi köçkünlərin ailə vəziyyəti, daimi və müvəqqəti qeydiyyat yeri, faktiki məskunlaşma yeri və şəraiti, sosial təminatı, dövlətin müəyyənləşdirdiyi güzəştlərdən necə istifadə etməsi və s. məsələləri əhatə edir”.

Komitədən bildirilib ki, ölkə rəhbərinin tapşırığı əsasında aparılacaq sorğular məcburi köçkünlərin qayıdışa hazırlanması üçün müəyyənləşdirilməsi zəruri olan məsələlərin daha geniş spektrini əhatə edəcək: "Komitə məcburi köçkünlər arasında daha müfəssəl və əhatəli sorğu keçirilməsinə hazırlıq aparıb, sorğunun sualları müəyyənləşdirilib, sorğunu aparacaq qrupların təşkilinə başlanılıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol