• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda narkozsuz ilk ağciyər əməliyyatı keçirilib

Azərbaycanda narkozsuz ilk ağciyər əməliyyatı keçirilib
08.01.2021 20:41
Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsində ilk narkozsuz ağciyər əməliyyatı keçirilib.

Anews.az xəbər verir ki, bu barədə tibb elmləri üzrə fəlsəfə doktoru, torokal cərrah Cəmil Ələkbərov Medical Media kanalına verdiyi açıqlamada deyib.

Həkimin sözlərinə görə, xəstənin diaqnozu ağciyərin bullyoz kistası, gərgin hemopnevmatoraks, dərialtı enfizema olub.

"Əməliyyat zamanı anestezioloq-reanimatoloq Kənan Əhmədov interkostal blok etdi və xəstə ağrı hiss etmədi. Əməliyyat 20 dəqiqə çəkdi, xəstə danışa-danışa endoskopik yolla ağciyər əməliyyatı icra olundu. Ağciyərin defekti və kistası  ləğv edildi, qanaxma saxlanıldı” – deyə həkim vurğulayıb. 

Cərrah Ələkbərov əlavə edib ki, əməliyyatdan 2 saat sonra 28 yaşlı xəstə ayağa qalxıb, sərbəst şəkildə gəzib, qida qəbuluna başlayıb: "Halbuki narkoz alan xəstə yalnız bir gün sonra qalxıb gəzə bilər və maye, qida qəbul edə bilər.  Narkoz verilən xəstələr də əməliyyat daha çox vaxt aparır, narkozdan ayılmaq üçün zaman lazımdır.
 
Həddindən artıq çox dərman istifadə edilir.  Xəstələr narkozdan sonra çox halsız vəziyyətdə olurlar. Yalnız narkotik tərkibli ağrıkəsici vurulur. Narkozsuz Ağciyər əməliyyatından sonra isə sadə ağrıkəsici vurulur, xəstə tez bərpa olur. 2-3 saat sonra sanki xəstə heç əməliyyat olmayıb. Heç bir narahatçılıq olmur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol