Bakı-Qazax yolunda daha bir qəza, 2 polis xəsarət aldı

Kürdəmir rayonunda daha bir zəncirvari yol qəzası baş verib.
Hadisə yolun rayonun Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "DAF" markalı yük avtomobili "QAZ 31" markalı avtomobilinə çırpılıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb.
Bu zaman hərəkətdə olan Dövlət Yol Polis xidmətinin avtomobili yük avtomobilinə çırpılıb.
Nəticədə DYP maşınında olan 2 nəfər polis əməkdaşı - 32 yaşlı Quliyev Elnar Zakir oğlu və 31 yaşlı Əliyev Fariz Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onları ambulator müalicəyə buraxıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























