• $
  • €
  • ₽
  • ₺
  • £

DİN Orxan Abışovun iddialarına cavab verdi

DİN Orxan Abışovun iddialarına cavab verdi
09.01.2021 12:55
Daxili İşlər Nazirliyi Vətən müharibəsində həkim kimi xidmət etdiyini deyən şəxsin iddialarına cavab verib. 

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, Ağcabədidə yaşayan həmin şəxs qərəzli olaraq polisə rüşvət verdiyini iddia edib: 
"Həmin şəxsdən bir nəfər soruşmur ki, dəfələrə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq tibbi təhsili olmayan şəxs stomatoloji xidmət göstərə bilərmi? 

Rayon mərkəzində yerləşən evinin qarşısında qanunsuz olaraq, karantin rejim qaydalarını kobud şəkildə pozaraq, sanitar-gigiyenik qaydalara əməl etmədən stomatoloji xidmət – "Diş Həkimi” kimi fəaliyyət göstərən şəxsə polis tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya şəraitində onlarla şəxsə eyni vaxtda tibbi xidmətlər göstərməsi müəyyən olunub.
 
Sonuncu dəfə yanvarın 3-də tibbi qaydalara, müvafiq qoruyucu vasitələrdən istifadə etmədən bir azyaşlının dişini çəkərkən aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxs cəriməni yanvarın 7-də ödəyib. Lakin onu polisə verdiyi rüşvət kimi dəyərləndirir. 

Göstərilənləri nəzərə alaraq, Vətən Müharibəsində sanitar kimi xidmət etdiyini vurğulayan şəxs, onun qanunsuz əməllərinə göz yumulmasını, pandemiya şəraitində fəaliyyətinə icazə verilməsini istəyir. Görünən odur ki, sosial şəbəklərdə yayılan məlumatlar tam əsassızdır, vətəndaşa qarşı heç bir qanunsuz tədbir tətbiq olunmayıb”.

Xatırladaq ki, müharibə dövründə cəbhədə könüllü diş həkimi kimi xidmət etdiyini deyən Orxan Abışov Ağcabədi rayon Polis Şöbəsində ondan rüşvət tələb edildiyini iddia edir. Şöbənin ictimai təhlükəsizliyə nəzarət bölməsinin rəisi, mayor Əliyar Həziyevin qaziliyini, maddi vəziyyətini nəzərə almadan ondan pul istədiyi bildirilmişdi. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol