• $
  • €
  • ₽
  • ₺
  • £

İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi

İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
11.01.2021 09:43
Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.


İ.Həbibbəyli Anews.az-a açıqlamasında dünya akdemiyalarının böyük əksəriyyətində birinci vitse-prezident vəzifəsi üçün bir ştat müəyyən olunduğunu bildirib.


Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:


"Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident insitutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək".


"Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq", - o əlavə edib.


Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.


AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.


D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.


Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.


Hazırda AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Nərgiz Paşayeva, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyevdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol