• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya giriş-çıxışa qoyulan qadağa ilə bağlı mühüm AÇIQLAMA

Bakıya giriş-çıxışa qoyulan qadağa ilə bağlı mühüm AÇIQLAMA
13.01.2021 11:04
Koronavirusa gündəlik yoluxma, eyni zamanda aktiv xəstə sayında nəzərə çarpacaq dərəcədə azalma olarsa, sərt karantin qaydaları yumşaldıla bilər.

Anews.az xəbər verir ki, ölkə ərazisində karantin qaydalarının yumşaldılması məsələsi geniş müzakirə olunan məqamlardan biridir. Məsələyə münasibət bildirən Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib ki, sərt karantin qaydaları mərhələli şəkildə aradan qaldırılmalıdır:

"Bu gün ölüm sayına baxanda həyatını itirənlərin böyük hissəsi yanaşı xəstəliyi olan və ya yaşlı şəxslərdir. Təbii ki, sərt karantin tədbirləri mərhələli şəkildə aradan götürülməlidir. Birdən-birə karantin tədbirlərinin götürülməsi xəstələrin sayının yenidən artmasına səbəb ola bilər.

Sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırıldığı zaman 65 yaşdan yuxarı insanların evdə oturması məsləhətdir. Bu, əsas faktorlardan biridir. İnsanlar anlamalıdır ki, yanaşı xəstəliyi olanlar özlərini müəyyən qədər təcrid etməlidirlər.

Bu gün statistikaya baxsaq görərik ki, ümumi yoluxanların 50-52 faizi Bakı şəhərinin payına düşür. Bu səbəbdən də Bakıda giriş-çıxışın açılması məqsəduyğun olmazdı". baku.ws

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol