• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının təhlükəli çimərlikləri - SİYAHI

Bakının təhlükəli çimərlikləri - SİYAHI
10.06.2014 15:10
Bakı şəhəri ərazisində yerləşən çimərliklərdə monitorinqlər aparılır.ANN.Az xəbər verir ki, bu barədə Ailem.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Onun sözlərinə görə, mərkəz tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəriciləri laboratoriya tədqiqat üsullarının tətbiqi ilə yoxlanılır:“Yoxlamalar zamanı çimərliklərdə dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri öyrəniləcək. Mərdəkan, Şüvəlan, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan və Novxanı çimərliyindən dəniz suyunun nümunələri götürülüb. Müayinələrin cavabları bir həftə ərzində açıqlanacaq”.Z.Kazımov onu da qeyd edib ki, hələlik ötən ilki müayinələrin nəticələrinə əsasən, çimərliklər haqqında qəbul edilmiş qərar qüvvədədir:“Ötən il müayinələr zamanı müəyyən edilib ki, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəriciləri norma səviyyəsində olub. Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin isə sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları üzə çıxıb. Həmin çimərliklərdə dəniz suyu bakterioloji çirklənmələrə məruz qalıb. Bu nöqsanlar aparılmış laboratoriya müayinə nəticələri ilə də təsdiq edilib, Səbail rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub”.Şöbə müdirinin sözlərinə görə, ötən il Şıx çimərliyinin, Qaradağ rayonun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsi qadağan edilib.Qeyd edək ki, artıq Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Müraciətdə bildirilir ki, əhali rəsmi çimərliklərdən istifadə etsin. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi gücləndirilmiş iş rejiminə keçib. Qeyd olunub ki, çimərlik mövsümündə baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol