• $
  • €
  • ₽
  • ₺
  • £

Nəvəsinin ad gününə gedən qadını kürəkəni qətlə yetirib

Nəvəsinin ad gününə gedən qadını kürəkəni qətlə yetirib
13.01.2021 15:35
Şəkidə 60 yaşlı qadının kürəkəni tərəfindən qətlə yetirildiyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Şəki şəhəri ərazisində, mənzillərdən birində baş verib.

Belə ki, Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızını bıçaqla vuraraq öldürüb.

Məlumata görə, 60 yaşlı Ruqiyə Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkənigilə gəlib. Həmin vaxt tərəflər arasında hələlik məlum olmayan səbəblərdən mübahisə yaranıb və 37 yaşlı Rahim Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.

Ailə üzvlərinin "Report"un bölgə müxbirinə bildiridiyinə görə, R.Cəlilov hadisəni törədən vaxt içkili olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol