• $
  • €
  • ₽
  • ₺
  • £

Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib? - AÇIQLAMA

Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib? - AÇIQLAMA
13.01.2021 15:57
Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir:

"Medianın inkişafı üçün "konsultativ dəstək”, "maddi-texniki dəstək”, "təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.

Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsi ilə bağlı suala isə Ə.İsmayılov belə cavab verib:

"Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalislərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol