• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücülərinə qarşı reyd

Bakıda avtobus sürücülərinə qarşı reyd
10.06.2014 13:45
Bakı yol polisi bu gündən avtobus sürücülərinə qarşı reydlərə başlayır.Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur. Bu məqsədlə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və avtobus sürücülərinin iştirakı ilə yol qəzalarının qarşısının alınması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların "Yol hərəkəti haqqında" qanuna riayət etmələri yoxlanılacaq.V.Əsədov bildirib ki, bununla bağlı artıq xüsusi qrup yaradılıb və reydlərə Bakı yol polisinin bütün şəxsi heyəti cəlb olunub.Qeyd edək ki, bu ilin 4 ayında Azərbaycanda avtobusların iştirakı ilə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol