• $
  • €
  • ₽
  • ₺
  • £

Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub - RƏSMİ

Nəzarətçi müəllimlərdən 4 nəfəri şəhid olub - RƏSMİ
14.01.2021 14:45
"Bir il ərzində nəzarətçi müəllimlər sertifikatlaşdırılmadan keçirilib”. 


Anews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib. 


Onun sözlərinə görə, nəzarətçilərin qiymətləndirilmə meyarlarına gəldikdə, həmin nəzarətçilər son 10 il ərzində mütəmadi imtahanlarda iştirak edən, nəzarət etdikləri otaqlarda imtahanlar zamanı köçürmə halı aşkarlanmayan, qeyri-kafi qiymət almayan və yekun qiyməti 4 olan (hər bir nəzarətçi müəllimin işi imtahan rəhbəri protokolunda qiymətləndirir), ən azı 15, son 2 il ən azı 3 qəbul imtahanında iştirak edən müəllimlərdir. Belə kriteriyalara uyğun gələrək təşəkkürnamə alan nəzarətçilər 80 rayon və şəhərdə seçilib. Bu nəzarətçilərlə bağlı məlumat məktəblərə, təhsil şöbələri və Təhsil Nazirliyinə göndərilir: "Təltif olunan nəzarətçilər arasında fəxri fərmana layiq görülən 38 müəllimdir. Həmin müəllimlərin son 5 ildə fəaliyyəti yüksək qiymətləndirilib, ən azı 25 imtahanda iştirak edib. 600-dən yuxarı bal toplayan şagirdlər həmin nəzarətçilərin fəaliyyətini yüksək qiymətləndirib. 12 il ərzində 363 belə müəllim təltif olunub. Ötən ilki imtahanlarda iştirak edən 50 nəzarətçi müəllim Vətən Müharibəsində də iştirak ediblər. Onlar müəllimlik borcunu yerini yetirdikdən sonra cəbhədə vuruşublar. Bu müəllimlər sırasında 4 nəfəri şəhid olub". 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol