• $
  • €
  • ₽
  • ₺
  • £

Qobustanda baş verən Şıxzərli palçıq vulkanı ilə bağlı AÇIQLAMA

Qobustanda baş verən Şıxzərli palçıq vulkanı ilə bağlı AÇIQLAMA
14.01.2021 20:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şıxzərli palçıq vulkanında yanvarın 9-da baş vermiş aktivliklə əlaqədar müvafiq ölçmə işləri həyata keçiriblər.


Anews.az-ın xəbərinə görə, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, Xüsusilə qeyd etmək lazımdır ki, püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının bu dəfəki püskürməsində qeydə alınmamışdır.


Ölçmə işləri zamanı müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülmüşdür. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunmuşdur. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir:"


Məlumat üçün bildiririk ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyildir. Bu vulkanın aktivliyinin təhlili onu göstərir ki, bu vulkan çox aktiv palçıq vulkanıdır. Bu son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur".


Qeyd edək ki, yanvarın 9-da saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan Rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında püskürmə baş vermişdir.


Püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilmiş, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərazində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxarılmışdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol