• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” velosiped yarışı keçiriləcək

İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” velosiped yarışı keçiriləcək
17.01.2021 23:00
"Tour de Azerbaijan” velosiped yarışının bərpası işğaldan azad edilmiş Azərbaycan torpaqlarında turizmin inkişafı üçün ciddi bir təkan ola bilər.

Anews.az xəbər verir ki, bunu "Sputnik Azərbaycan”a açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev deyib.

Federasiya baş katibi təşkilatın 2021-ci il üçün planlarından, velosipedçi Elçin Əsədovun Tokiodakı Olimpiya Oyunlarında gözlədiyi perspektivlərdən və "Tour de Azerbaijan" velosiped yarışının yenidən başlamasının Azərbaycan ərazilərinin potensialının inkişafına təkan ola biləcəyindən danışıb.

Jurnalistin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində velosiped yarışları keçirməklə bağlı sualını cavablandıran F.Əliyev qeyd edib: "İkinci Qarabağ müharibəsindən əvvəl də (o vaxt bu torpaqlar işğal altında idi) Azərbaycanın azad edilmiş ərazilərində velosiped yarışları keçirməyi xəyal edirdik. Velosiped sürmək üçün mütləq infrastruktura və yollara ehtiyacımız var, bundan sonra bu, əsas hədəflərimizdən biri olacaq. Üstəlik, hazırda inşa olunan Füzuli-Şuşa yolunda Azərbaycan Velosiped İdmanı Çempionatını keçirmək niyyətindəyik. Əminəm ki, yarışı bu yolda keçirtmək üçün hər kəs bizə dəstək olacaq. İnşaatın tamamlanmasını və bu istiqamətdə müvafiq infrastrukturun yaradılmasını gözləyirik. Düşünürəm ki, bu il çətin olacaq, amma gələn il belə bir yarış təşkil etmək tamamilə mümkündür”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol