• $
  • €
  • ₽
  • ₺
  • £

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...
18.01.2021 22:34
Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmişəki kimi iki qapıya oynadı. O mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar. Yəni ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının "ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi.

Yenisabah.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq bildirib ki, Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə bizə qarşı çıxdı.

"Lavrov növbəti açıqlamasında artıq bizim qapıya qol vurdu. O Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur.
 
Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi".
"Bizim rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı bugünkü çıxışına reaksiyasımız olmasa, vəziyyət elə belə də davam edəcək, yəni Ermənistandan kimin kefi istəsə Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?", - deyə politoloq sözlərinə əlavə edib


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol