• $
  • €
  • ₽
  • ₺
  • £

“İbrahim iynədən ölməyib…” - Qazinin ailəsindən açıqlama

“İbrahim iynədən ölməyib…” - Qazinin ailəsindən açıqlama
19.01.2021 11:28
Müharibədən tərxis edildikdən dörd gün sonra evində vəfat edən, Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilən İbrahim Mirzəzadənin iynə vurulması səbəbindən öldüyü bildirilsə də, yaxınları bu məlumatı təkzib edir.


Anews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə İ.Mirzəzadənin əmisi Surxay Mirzəyev danışıb. O bildirib ki, qardaşı oğlu iki yaşından bəri gizli bronxial astma xəstəliyindən əziyyət çəkib: "On yaşında xəstəlik daha da şiddətləndi, ailəsi onu müalicə üçün Bakıya gətirdi. Orada qaldıqca məlum oldu ki, Bakıda ümumiyyətlə astma onu tutmur və heç bir narahatlıq yaratmir. Sonra bildik ki, Lənkəranda hava nəm olduğu üçün İbrahimin xəstəliyini ağırlaşdırır. İbrahim uzun müddət Bakıda qaldı, hərbi xidməti də Qarabağ bölgəsində keçdi, heç bir narahatlığı olmadı.


Müharibə vaxtı səfərbərliyə çağırılanda aerozol dərmanı cibində idi. Orada da döyüşdü, iki medal aldı, Şuşaya kimi gedib çıxmışdı. Gələndən sonra danışırdıq, deyirdi "Əmi, müharibə məni sağaltdı, heç dərmandan istifadə etmədim”. Orada da xəstəliyi ağırlaşmamışdı, ona görə də elə bilmişdi tam sağalıb.


Tərxis olunandan sonra gəlib Bakıda döyüş paltarını təhvil verib təzə, səliqəlisini götürmüşdü. Amma aerozol dərmanını da təhvil verdiyi paltarın cibində qalmışdı. Deyirdi sağalmışam deyə dərmanı götürmədim. Burada 4 gün idi qalırdı, srağagün qəfildən ağırlaşdı.


Yanvarın 17-də mənə zəng edib dedilər ki, İbrahim boğulur. Gəlib gördüm artıq halsızdı. Dərmanı da Bakıda qaldığı üçün heç nə edə bilmirdik. Amma iynə var idi. Yaxın qohumları poliklinikada tibb bacısı işləyir, o bir həkimlə məsləhətləşdi. Həkim dedi ki, "prob” qoy, sonra mənə xəbər ver. Tibb bacısı "prob” qoyanda artıq keçindi, heç iynə vurulmadı. İbrahim iynədən yox, astmadan boğulub vəfat etdi. Prokuror da gəlib baxdı, hər şeyi qeydə aldılar. Təcili yardım çağırmışdıq, amma onlar gələndə İbrahim artıq vəfat etmişdi”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol