• $
  • €
  • ₽
  • ₺
  • £

Umayra Tağıyevadan qar açıqlaması

Umayra Tağıyevadan qar açıqlaması
21.01.2021 11:08
"Ölkə ərazisindən Aralıq dənizi siklonunun keçməsi nəticəsində soyuq yağıntılı qarlı hava hökm sürür. Yağan qar hətta aran rayonlarında qar örtüyünün əmələ gəlməsinə səbəb olub”.


Bunu Anews.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.


Onun sözlərinə görə, Salyanda 6 sm, Neftçala 1 sm qar örtüyü yaranıb: "Ən çox qar örtüyü isə Şarıbaşda (Qax) 45 sm, Ağdərədə (Ordubad) 27 sm, Şamaxıda 25 sm, Daşkəsəndə 22 sm, Şərurda 20 sm, Kişçay (Şəki), Gədəbəy, Qusarda 18 sm, Qəbələ, Şəki, Altıağacda 17 sm, Lerikdə 14 sm olub. Göygöldə, Kəlvəz, Şahbuzda , Quba, Qrızda , Yardımlıda, Naxçıvan, Sədərək, Mərəzədə , Xaçmaz, Xaltanda , Şahdağda , Oğuzda, Astarada 1 sm-dən -13 sm-dək olub”.


Xidmət rəisi qeyd edib ki, bəzi rayonlarda və Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub.


U.Tağıyeva bildirib ki, havanın temperaturu iqlim normasından 2 dərəcə aşağı enib, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-yə yaxın, aran rayonlarında 0-2 dərəcə şaxta, dağlıq rayonlarda 11 -14 dərəcə, yüsək dağlıq ərazilərdə 20 dərəcəyədək, Naxçıvan MR-da 11 dərəcə şaxta olub.


O əlavə edib ki, Bakıya ilk dəfə bugünkü kimi qar 2019-cu ilin yanvar ayında yağıb, lakin 2002-ci ilin dekabr ayı daha soyuq və qarlı olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol