• $
  • €
  • ₽
  • ₺
  • £

Polis 4 rayonda əməliyyat keçirdi: Saxlanılanlar var

Polis 4 rayonda əməliyyat keçirdi: Saxlanılanlar var
21.01.2021 13:13
Daxili işlər orqanları tərəfindən 4 rayonda qanunsuz silah saxlayanlara qarşı əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Dəllər Cırdaxan kəndi ərazisində Əliyaqublu kənd sakini A.Abdullayevdən müvafiq sənədləri olmayan "İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan "BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan "TOZ-16”, S.Eyvazovdan "İJ-16”, R.Sultanovdan "İJ-17”, N.Əhmədovdan isə "İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini A.Həsənovdan müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.


Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaxingiloy kənd sakini, əvvəllər məhkum olunmuş F.Mustafazadədən 33 qramdan artıq marixuana və "Makarov” tipli tapança, habelə gizlətdiyi 435 qram marixuana aşkar edilərək götürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol