• $
  • €
  • ₽
  • ₺
  • £

Həyətində narkotik becərib satan şəxsdən XƏBƏR VAR

Həyətində narkotik becərib satan şəxsdən XƏBƏR VAR
22.01.2021 20:00
Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirilməsində təqsirli bilinən Abşeron rayon sakini Elşən Muxtarovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Anews.az-ın məlumatına görə, cinayət işi hakim Əhməd Quliyevin icraatındadır. Elşən Muxtarov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və  ya onların prekursorlarını hazırlama, istehsal etmə,  əldə etmə, saxlama, daşıma, göndərmə  və  ya satma) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, E.Muxtarov ötən ilin sentyabr ayında Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqram yaxın olan 8 ədəd çətənə kolu aşkar olunaraq  götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq  məqsədi ilə əkdiyini bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol