• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətçilər banklardan pullarını götürür

Əmanətçilər banklardan pullarını götürür
08.06.2014 12:30

Xarici əmanətçilər iflasa uğrayan Royal Bankın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. 

Iran vətəndaşları 100 mln manat ziyana düşüb. Bu barədə concact.az məlumat yayıb.

Mayın 1-i üçün banklarda əmanət və depozit həcmi 13 mlrd 615,6 mln manat (+9,1 faiz) olub. Azərbaycan banklarının məcmu aktivləri 1 may 2014-cü il üçün 22 mlrd. 9,5 mln manatdır. Mərkəzi Bankdan verilən məlumata görə, bu, yanvardakından (20 mlrd 385,1 mln manat) 8 faiz çoxdur. Bankların kreditləri 15 mlrd 775,6 mln manat (+5,2 faiz), xüsusi kapital 3 mlrd 605,4 mln manat (+5,2 faiz) olub.

Mayın əvvəli üçün Azərbaycan bankları əhalidən 6 mlrd 569,9 mln manat əmanət cəlb edib (+2,7 faiz). Amma vəsaitlərin kütləvi çıxarılması da diqqəti cəlb edir -  mənfi 1,3 faiz.  1 aprel üçün əhalinin əmanətləri 6 mlrd 656,3 mln manat idi. Beləliklə, hesablardan 100 milyon manata yaxın vəsait çıxarılıb.   

Əmanətlərin banklardan çıxarılmasının bir səbəbi Royal Bankla bağlı qalmaqaldırsa, başqa səbəbi Azərbaycanda 20-yə yaxın yaxın bankın bağlanma təhlükəsilə üzləşməsidir. Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bir müddət əvvəl bəyan etmişdi ki, nizamnamə kapitalı 50 milyondan az olan banklara lisenziya verilməyəcək. Bu isə Azərbaycanda xeyli bankın fəaliyyətini dayandıra biləcəyi təhlükəsi yaradıb. Yeri gəlmişkən, bankların likvidlik problemi də var. Bu da Azərbaycan banklarına pul yatırma rsikini artırır. Başqa bir səbəb isə siyasi proseslərlə bağlıdır. Azərbaycan strateji seçim ərəfəsindədir. Bu isə Azərbaycanda müəyyən siyasi proseslərin baş verəcəyini şərtləndirir. Ölkədə hər hansı siyasi təbəddülatlar isə təbii ki, iqtisadiyyata, o cümlədən bank sektoruna təsirsiz ötüşməyəcək. Belə halda Azərbaycan banklarının əmanətçilər üçün etibarlılığı minimuma düşür. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol