• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalandakı partlayışla bağlı cinayət işi açıldı

Xırdalandakı partlayışla bağlı cinayət işi açıldı
26.01.2021 13:32
Yanvarın 25-də saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə partlayışın baş verməsi baradə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.


Baş Prokurorluqdan Anews.az-a verilən məlumata görə, məlumat əsasında Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən ilkin olaraq müəyyən olunub ki, 1960-cı il təvəllüdlü Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1988-ci il təvəllüdlü Aytən Musayevanın meyiti FHN-nin xilasediciləri tərəfindən aşkar edilmişdir.


Hazırda həmin evdə qalması ehtimal olunan mərhum Aytən Musayevanın qızı 2012-ci il təvəllüdlü Fatimə Musayevanın axtarışları davam etdirilir.


Eyni zamanda həmin evdə yaşayan Aytən Musayevanın əri 1983-cü il təvəllüdlü Vüsal Musayev və sonuncunun oğlu - 2009-cu il təvəllüdlü Firudin Musayev, həmçinin 2006-cı il təvəllüdlü Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Partlayış təsirindən həmçinin yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri almış, orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib.
Qeyd edilən ünvanda yerləşən ikimərətəbəli fərdi yaşayış evində ağır nəticələrə səbəb olan partlayış hadisəsi baş verməsi faktına görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi 26 yanvar 2021-ci il tarixdə həmin Məcəllənin 225.3 və 308.2-ci maddələrinə tövsif edilmiş, Baş Prokurorluğun İstintaq idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


Hazırda mütəxəssis və ekspertlərin birgə iştirakı ilə hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılaraq partlayışın baş vermə səbəbləri və partlayış nəticəsində dəymiş ziyanın müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.


İş üzrə təqsiri olan şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol