“Qaçqınkom”un strukturunda bu şöbələr ləğv edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Belə ki, "Hüquq” və "İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında "Hüquq və kadrlar” şöbəsi yaradılıb. "Miqrasiya, məşğulluq və status” şöbəsi "Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin ayrıca "Məşğulluq sektoru” yaradılıb.
"İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin "İnformasiya texnologiyaları” və "Elektron idarəetmə” sektorları birləşdirilib. "Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki "Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni – "Monitorinq” şöbəsi yaradılıb.
Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























