• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etmək niyyətindədir

Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etmək niyyətindədir
28.01.2021 21:30
"Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: "Körfəz ölkələrinə ixrac üçün sahibkarların "Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

Y.Abdullayev əlavə edib ki, pomidor istehsalı ilə məşğul olan bəzi xırda müəssisələrin korporativləşməsi istiqamətində də işlər həyata keçirilir.

Xatırladaq ki, Azərbaycanın pomidor ixracında əsas üstünlüyü Rusiya bazarıdır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər "Binə Aqro” QSC, "Aqro-Favorit”, "Agroterm” və "Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol