• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Dubay-Bakı uçuşları başlayır - AZAL açıqladı

Bakı-Dubay-Bakı uçuşları başlayır - AZAL açıqladı
28.01.2021 20:32
Fevralın 15-dən etibarən "Azərbaycan Hava Yolları” Bakı-Dubay-Bakı marşrutu üzrə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan Anews.az-a daxil olan məlumata görə, növbəti ayda, 15 və 22 fevral tarixlərində AZAL qeyd edilən istiqamətdə iki uçuş yerinə yetirəcək. Mart ayından etibarən isə Dubay istiqamətində uçuşların sayı artırılaraq həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

Bakı-Dubay istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;
- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;

- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Dubay-Bakı istiqamətində aviareysin sərnişinləri aşağıdakıları etməlidirlər:

- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar. Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhür, həmçinin QR-kodun əks olunduğu arayış vasitəsilə yoxlanılacaq. Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.

Hər iki istiqamətdə uçan sərnişinlər üçün:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol